İcra başçısının villası ilə bağlı - Açıqlama

İcra başçısının villası ilə bağlı - Açıqlama
"Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayondakı evinin İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Miq.az xəbər verir ki, bu sözləri anspress-ə Salyan Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Cəbrayılov deyib. Onun sözlərinə görə, Tahir Kərimovun doğrudan da, Salyanda evi var. Ancaq bu ev şəxsidir, onun özünə məxsusdur: "Fərdi yaşayış evinin icra hakimiyyətinin balansında muzey kimi istifadəsi mümkün deyil. Düzdür, Tahir müəllim icra başçısı işləyəndə buradakı evdə yaşayırdı. Ancaq hazırda ev boşdur. Sabiq icra hazırda həmin evdə yaşamır”.

Rəşad Cəbrayılov onu da əlavə etdi ki, gələcəkdə həmin evin muzey kimi icranın balansına verilməsi müzakirə mövzusu deyil.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az