İƏT Baş katibi Azərbaycana başsağlığı verdi

İƏT Baş katibi Azərbaycana başsağlığı verdi

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hüseyn İbrahim Taha dekabrın 25-də Aktauda təyyarə qəzasında həlak olanlarla əlaqədar Azərbaycana başsağlığı verib.

Axar.az xəbər verir ki, müvafiq bəyanat təşkilatın saytında yerləşdirilib.

Baş katib həlak olanların ailələrinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, hadisə nəticəsində xəsarət alanlara şəfa diləyib, bu faciədən sonra İƏT-in Azərbaycan ilə həmrəyliyini vurğulayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az