İki bacı bir oğlanı seçib - FOTO

İki bacı bir oğlanı seçib - FOTO

"Özümü dünyanın ən bəxtəvər insanlarından biri hesab edə bilərəm. Çünki iki xanımı sevirəm, onlar da məni sevirlər. Lakin bu xanımlarla birlikdə yaşamaq asan deyil".



Yan Diasın sözlərinə görə, əkiz bacıların ikisi də onunla ailə qurmaq istəyir. Daha doğrusu, bacılar "trio" şəklində birlikdə yaşamağa can atırlar.


Vətəninfo.az Milli.Az-a istinadən bildirir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı Qutenberq şəhərinin sakinləri, 27 yaşlı Viktoriya və Amanda Herperlər əkiz bacılardır.

Onlar həyatda hər şeylərini bölüşdükləri kimi, sevgilini də paylaşıblar.
Bacıların ortaq sevgililəri Yan Diasdır.



"İkimiz də Yanla ailə qurmaq fikrindəyik. Yəni Yanın iki arvadı olacaq. Məncə, pis deyil və burada anormal heç nə görmürük", - Viktoriya Herper deyib.
27 yaşlı Yanın dediyinə görə, 4 il əvvəl Viktoriya Herper ilə tanış olmuşdu.

"Bir-birimizə vurulduq, birlikdə yaşamağa başladıq. 2012-ci ildə isə Amanda sevgilisindən ayrıldı. Amanda depressiyada idi. Günlərin birində Viktoriya dedi ki, Amandanın dərdinə artıq dözə bilmir. O, mənə təklif etdi ki, həm də Amandanın sevgilisi oldum. Beləcə, üçümüz bir yerdə yaşamağa başladıq. Sevgimiz qarşılıqlıdır. Kənardan əcaib görünə bilər, anlayıram. Amma bu, bizim həyatımızdır", - Yan Dias deyib.



Viktoriya Herperin sözlərinə görə, onların "üçlü sevgisi" barədə insanların nə düşündüyünü fikirləşmir.

"Yan hər ikimizi sevir. Ayrı-ayrılıqda, fərqli sevir, amma bizi ayırmır. Bəzən onu bacım Amandaya qısqansam da, sevildiyimi bilirəm. Nikahımızı səbirsizliklə gözləyirəm. Amma Yan Amandanı seçib onunla evlənərsə, yenə də ayrı yaşamayacağam", - Viktoriya Herper söyləyib.



Viktoriya və Amandanın valideynləri Devidlə İnqridin dediklərinə görə, qızlarının seçimləri ilə barışmaq məcburiyyətində qalıblar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az