Beynəlxalq müşahidəçilər iraqda zorakılıqlar nəticəsində bu il iki milyondan çox insanın məcburi köçkün olduğunu bildirib.
Publika.az-ın məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı məcburi köçkünlərin böyük hissəsinin Nineva vilayətindən olduğu bildirib. Məlumata görə, vilayətdə məcburi köçkünlrin sayı bir milyona yaxındır. Ənbər vilayəti məcburi köçkünlərin sayına görə ikinci yerdə göstərilib.
Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata əsasən, məcburi köçkünlərin 47 faizi İraq Kürdüstanına pənah gətirib. Onların 45 faizi İraqın mərkəzində məskunlaşıb, digərləri isə ölkənin cənubuna üz tutub.
Qeyd edək ki, Nineva və Ənbər vilayətləri İŞİD-in əməliyyatları, eləcə də İraq təhlükəsizlik qüvvələri və ABŞ-ın başçılığı ilə koalisiyanınəks əməliyyatlarına daha çox səhnə olub.
Beynəlxalq Miqrasiya Təşkilatının İraqdakı missiyasının başçısı Tomas Lothar Veyss bildirib ki, İraqda humanitar ehtiyacların təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin səylərinin koordinasiya edilməsi vacibdir.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib