İldırım Bakıda qəsəbəni susuz qoydu
"İçməli su təchizatında iyunun 14-də saat 15:00-dək fasilə olacaq"
"Bu gün Badamdar qəsəbəsində günün birinci yarısı içməli su olmayacaq". İstiPress xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, fasiləyə səbəb nasosxananı ildırım vurmasıdır: "Badamdar qəsəbəsində içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurduğundan qəsəbənin içməli su təchizatında iyunun 14-də saat 15:00-dək fasilə olacaq. Hazırda mütəxəssislərimiz hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün çalışırlar".
Miq.az