İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

İlham Əliyev əfqanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Əfaqnıstan Prezidenti Məhəmməd Əşrəf Qaniyə başsağlığı verib.

Miq.az xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, ölkənizin paytaxtında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanların həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yarananlara və xəsarət alanlara şəfa diləyirəm".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az