İlham Əliyev rektor təyin etdi - FOTO

İlham Əliyev rektor təyin etdi - FOTO
Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Qeyd edək ki, Heydər Əsədov bundan əvvəl 2019-cu ilin aprel ayının 3-ü sözügedən akademiyaya rektor təyin olunub. 

Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb. 

Ölkəmizdə qanunvericiliyin, adəyən, geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir. 

Fərmanın imzalanmasından sonra Azərbaycanın dövlət universitetlərinə bir çox rektor təyin edilib, onların səlahiyyət müddəti 5 il hesab olunur. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az