Vətəninfo.az Azadlıq info-ya istinadən xəbər verir ki, tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı xəbəri yayılıb. Aparıcı ilə eyni binada yaşayan sakinlərdən redaksiyaya daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir.
Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb.
DİN-in mətbuat xidmətindən teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər.
Sonradan vəkil Cavanşir Süleymanov C. Süleymanov İ. Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib: “Məndə olan məlumata görə, hazırda idarədədir”.
İ. Mirzəyevin vəkili Xanlar Ələkbərzadə isə teleaparıcının saxlanılması barədə məlumatı olmadığını deyib. Məlumata görə, İ. Mirzəyev rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanılıb.
anılıb.
Daxili işlər Nazirliyi teleaparıcı və baxıcı İlham Mirzəyevin həbs səbəblərini açıqlayıb.
Bu barədə DİN-in mətbuat xidmətinin rəis müavini Ehzan Zahidov açıqlama verib. Onun sözlərinə İlham Mirzəyev polis orqanlarının keçirdiyi əməliyyat nəticəsində həbs olunub:
“İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir”.
***
Maddə 178. Dələduzluq
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
- yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (69)
178.3. Eyni əməllər:
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
- yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vətəninfo.az