İlhamə Quliyeva əsgərlər qarşısında möhtəşəm konsert verdi - EKSKLÜZİV

İlhamə Quliyeva əsgərlər qarşısında möhtəşəm konsert verdi - EKSKLÜZİV

Xalq artisti, “Şərəf”, “Şöhrət” ordenli sənətkar, Türk Dünyasının sənət kraliçası İlhamə Quliyeva oktyabrın 29-da düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçular qarşısında solo konsert proqramı ilə çıxış edib. Konsert Silahlı Qüvvələrin Şəmkir korpusunda Ali Baş Komandan İlham Əliyev tərəfindən açılışı olan Heydər Əliyev Mərkəzinin nəzdindəki “Əsgər” konsert salonunda baş tutdu.


“Səni tərənnüm edirəm, Azərbaycan əsgəri” adı altında canlı konsert iki saat yarım davam etdi. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə sənətkar F.Əmirov, C.Cahangirov, S.Rüstəmov, R.Mirişli, T.Əkbər, X.İsmayılqızı, N.Aslan kimi bəstəkarların əsərlərini ifa edib. Konsertin sonunda sözləri İlhamə Quliyevaya, musiqisi Siruz Abbasbəyliyə məxsus “İlhamlı Azərbaycan” mahnısı səsləndirdi.


Konsertdən əvvəl Azərbaycanın milli qəhrəmanı, general-leytenant Rövşən Əkbərov İlhamə xanımla görüşdü və onu Heydər Əliyev Mərkəzi ilə tanış etdi. Sonra konsertə start verildi. Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani konserti açaraq İlhamə xanımı səhnəyə dəvət etdi. Sənətkar da öz növbəsində bu konsertin təşkili üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənova təşəkkürünü bildirdi, əsgərlərə ulu öndər Heydər Əliyevin xalqımız və ordumuz üçün gördüyü işlərdən danışdı. Hərbi qulluqçular İlhamə xanımı gül yağışına qərq etdilər.


Sonda Azərbaycanın milli qəhrəmanı, general-leytenant Rövşən Əkbərov Silahlı Qüvvələrin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının yüksəlməsi və əsgərlərə bəxş etdiyi xoş anlara görə İlhamə Quliyevanı fəxri fərmanla təltif etdi. Xatirə şəkilləri çəkildi.


Konserti iki minə yaxın hərbi qulluqçu izlədi. Müğənnini iş adamı Hacı Quliyev, mətbuat katibi Alim Nəbioğlu və İ.Quliyevanın köməkçisi, jurnalist Mehriban Bəylərqızı müşayiət edirdi.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az