Çimərliklərə giriş pulsuz oldu - SƏRƏNCAM

Çimərliklərə giriş pulsuz oldu - SƏRƏNCAM
 
Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.
 
Sərəncamda Binəqədi, Səbail, Xəzər, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının icra hakimiyyətləri başçılarına tapşırılıb ki, ərazilərdə olan çimərliklərin yeni yay mövsümünə hazırlığının yoxlanılması əsasında, əhalinin sahilyanı zonada səmərəli istirahətinə lazımi şəraitin yaradılması üçün müvafiq tədbirlər müəyyən edib, onların həyata keçirilməsini təmin etsinlər. (APA)
Eyni zamanda, sərəncamda qeyd edilib ki, çimərlik ərazisi və sahilyanı zonanın abadlaşdırılması, təmizliyinin qorunması, əhalinin səmərəli istirahəti üçün lazımi şərait yaradılsın.

Sərəncamda çimərlik ərazilərinə və sahilyanı zonalara girişin pulsuz olduğu bildirilib və buna nəzarət olunması tapşırılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az