Son bir neçə aydı İmişlidə vətəndaşlar arasında müxtəlif fikirləri servis edərək müəyyən sosial partlayışların baş verməsinə yönəlik addımlar ölkə mətbuatında davamlı olaraq yayımlanınıb.
Maraqlısı budur ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən proqramlar, İmişli rayonundan da yan ötməyib və rayonda işsizliyin aradan qaldırılması,yeni iş yerlərinin açılması yönündə mühüm addımlar atılır. Dövlət büdcəsindən imtina edərək yerli iqtisadi imkanlar hesabına öz büdcəsini formalaşdıran İmişli rayonu ilə bağlı kimlər hansı səbəbdən mənfi imicin formalaşdırılmasına,vətəndaşları dövlətdən narazı olduqlarını göstərəməyə çalışır? Bu olayların arxasında kimlər var?
Bu istiqamətdə apardığımız araşdırmalar və araşdırmaların nəticəsi göstərir ki,bu halların meydana gəlməsinin arxasında müəyyən qüvvələr durur. Təbii ki, rayonun adının ölkə rəhbərliyi yanında “qara siyahı”da olmasını istəyənlər yerlərdəki “qələmun”larını bu işdə nəyi var istifadə edirlər.
Ötən həftə rayon İcra Hakimiyyətində keçirilən vətəndaşların qəbulu zamanı, güya qəbulda iştirak edən vətəndaşlardan birinin özünü yandırmasına cəht etməsi ilə bağlı xəbər,bunun ardınca güya rayon İH-ti qarşısında yaşlı bir qadının özünə od vurmaq istəməsi ilə bağlı xəbərlər də məhz eyni mətbəxdə hazırlanıb müxtəlif media qrumlarına göndərilmişdi.
Maraqlısı budur ki,bütün bunlar ölkə prezidenti İlham Əliyevin hökumət və yerli icra orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi toplantı öncəsi baş verir.
Deməli “torbada pişik var” və bu pişiyi torbaya salanlar İmişli rayonu haqqında mənfi imic formalaşdırmaq üçün belə oyunları öz aləmlərində qurmaq istədilər.Amma alınmadı. Çün ki, istədikləri tutmadığı kimi, yerdəki adamları aşkara çıxdı.
Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, İmişli rayonunda əhali arasında sosial narazılıqların yaradılmasının arxasında rayonun iki bazarına, “mal bazarı” və “kənd təsərüfatı malları bazarı”nın sahibi Əziz Quliyev dayanır. İddiaya görə, əhalidə dövlətə və rayon rəhbərliyinə qarşı narazılığın yaradılmasının səbəbi bu şəxsin sahib olduğu bazarlarda antisanitariya ilə bağlı Kən Təsərüfatı Nazirliyinin bir neçə dəfə cidid addımlar ataraq bazarları bağlaması olub.
Yəni hər gün antisanitariya mühitində yüzminlərlə manat gəlirə sahib bazar sahibi dövlətin onun üçün yaratdığı imkanlardan istifadə etdiyi bəhs edil, yeri gələndə əldə etdiyi imkanlardan dövlətin yerdəki müvafiq orqanlarına qarşıda antitəbliğatı apara bilir. Yəni bir növ qisasçılıq mühitində özünü saxlayır.
Adını açıqlamayan mənbənin redaksiyamıza sızdırdığı məlumatda iddia edilir ki, Əziz Quliyev dəfələrlə İrana, İraqa və Əfqanıstana səfərlər edib. Onun bu üç ölkəyə səfərləri hansı səbəblərdən hüquq-mühafizə orqanlarının gözündən qaçıb?. Bundan başqa Respublika Vergilər Nazirliyi də Əzəz Quliyev sahib olduğu bazarlarda cidid yoxlamalar belə aparmayıblar. İddaya görə, hər gün bu bazarlarda yüz min manata yaxın vəsait vergidən müxtəlif yollarla yayındırılır ki, bu da dövlət büdcəsindən imtina edərək yerli imkanlar hesabına büdcə formalaşdırılmasına ən böyük zərbədi.
Adını açıqlamayan mənbə İmişli “mal bazar”ı və “kənd təsərüfatı malları bazarı”nın sahibi Əziz Quliyev bağlı daha ilginc məlumatları da göndərəcəyini qeyd edib.
Redaksiyadan: Yazıda adının açıqlamayan mənbənin redaksiyamız sızdırdığı məlumatlarda iddia edilənlərlə bağlı qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.
Vətəninfo.az