Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 14-də ali təhsil
müəssisələrinin 1-ci və 4-cü ixtisas qrupları üzrə keçirilmiş qəbul
imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını
açıqlayıb. Cavablar aşağıdakı linklərdə yerləşdirilib.
Azərbaycan bölməsi - I qrup
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/a1_1407e.htm
Azərbaycan bölməsi - IV qrup
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/a4_1407e.htm
Rus bölməsi - I qrup
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/r1_1407e.htm
Rus bölməsi - IV qrup
http://eservices.tqdk.gov.az/exam/2015/1_4/r4_1407e.htm
Xatırladaq ki, bugünkü imtahanlar respublikanın 11 şəhərində - Bakı,
Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan,
Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunub. İmtahanda
abituriyentlərə hər fəndən 25 test tapşırığı olmaqla ümumilikdə 125
test tapşırığı təqdim olunub.
İmtahan vermiş abituriyentlərin
cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir
abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında
yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı
həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə
öyrənə biləcəklər.
Məlumat üçün bildirək ki, imtahanda 26920 abituriyentin iştirakı gözlənilirdi. Onlardan 22381 nəfəri I qrup üzrə, 4539 nəfəri IV qrup üzrə imtahan verib.
İmtahanların idarə olunmasına 216 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2230 nəzarətçi-müəllim cəlb olunub.
Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.