Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Xəzər Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma təcridxanasına (MST), həmin idarənin 1-ci polis bölməsinə başçəkmələr həyata keçirib, saxlanma şəraitini araşdırıblar. “Vətəninfo”nun məlumatına görə. MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər. MPM qrupunun üzvləri adı çəkilən MST və polis bölməsində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olub, pozuntu halları aşkar edilməyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan qəsəbəsindəki 3 saylı İnternat evinə də başçəkmə həyata keçirilib, burada əqli qüsurlu uşaqların saxlanma şəraiti və onlarla rəftar araşdırılıb. Müəssisənin bütün obyektlərinə, yataq, məşğələ və sinif otaqlarına, yeməkxanaya, hamama baxış keçirilib, araşdırma zamanı burada müəssisə rəhbərliyi, tərbiyəçilər və dayələr tərəfindən uşaqlara qarşı zorakılıq halları müəyyən edilməyib.
Əli
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?