“İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı Barselona şəhərində tutulub

“İnterpol”un “qırmızı xətti” ilə axtarışda olan azərbaycanlı Barselona şəhərində tutulub
"İnterpol”un "qırmızı xətti” ilə axtarışa verilmiş azərbaycanlı İspaniyanın Barselona şəhərində tutulub.
 Cinayət Məcəlləsinin iki maddəsi ilə axtarışda olan Əkbər Məhəmməd oğlu Vəliyevin Azərbaycana ekstradisiya edilməsi üçün iş aparılır.

Qeyd edək ki, Ə.Vəliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb. Daha sonra o, "İnterpol”un "qırmızı xətti” ilə axtarışa verilib.

Ə.Vəliyevin məhkəməsi Azərbaycanda keçiriləcək.

"Report”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az