İntihar etmək istəyəni Novruz Məmmədov xilas edib

İntihar etmək istəyəni Novruz Məmmədov xilas edib

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - "Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək isətyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. 

Miq.Az musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. 
Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.
 
İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az