İqamətgaha hücum: Cavab sərt olmalıdır! - Volodin

İqamətgaha hücum: Cavab sərt olmalıdır! - Volodin
Hərbi əməliyyatlar Ukrayna Prezidenti Vladimir Zelenskinin hakimiyyətdə qalmaq və Avropa Birliyindən dəstək almaq üçün yeganə şansıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Bu məqsədlərə çatmaq üçün Zelenski prezidentimizin iqamətgahına hücum etdi. Dövlət Dumasının deputatları hesab edirlər ki, cavab sərt olmalıdır. Biz də öz tərəfimizdən buna israr edirik”, - Volodin bildirib.

Qeyd edək ki, dekabrın 29-u Ukrayna ordusunun Putinin iqamətgahına hücum etdiyi iddia edilib.

Ukrayna lideri Zelenski bu iddiaları təkzib edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az