İqlimşünas alimdən sensasion AÇIQLAMA: 30 illik qış gəlir

İqlimşünas alimdən sensasion AÇIQLAMA: 30 illik qış gəlir

NASA-nın keçmiş əməkdaşı iqlimşünas alim Con L. Keysi senssion proqnozlarla çıxış edib. O, yeni çapdan çıxmış kitabında yer kürəsinə 30 il davam edəcək sərt qış fəslinin yaxınlaşdığını iddia edib.

Vətəninfo.az Publikaya istinadən xəbər verir ki,Kaysinin tezislərinə görə önümüzdəki 30 il qlobal soyuma baş verəcək. o öz kitabında bunu günəşin fəallığının azalmaları ilə izah edir.

Maraqlıdır ki, kaysinin bu tezislərini bir çox həmkarları da dəstəkləyib. Alimlərin fikirlərinə görə, önümüzdə bizi "solar minimum" deyilən günəşdəki alovlanma və partlamaların azalacağı bir dövr gözləyir. Keysi hesab edir ki, getdikcə günəşin fəallığı azalacaq və "solar qış yuxusu" dövrünə girəcək.

Günəşin, 30 il davam edəcəyi təxmin edilən qış yuxusunda okean və atmosferin temperaturu xeyli aşağı düşəcəyi, bunun da böyük vulkanik partlamalara və zəlzələlərə səbəb ola biləcəyi ehtimal edilir.

Həmçinin kitabda, temperaturun düşməsilə bitkilərin donması nəticəsində kənd təsərrüfatı istehsalına böyük zərər dəyəcəyi və qida uğrunda qarşıdurmaların yaranacağı qeyd edilib.

Rusiya bilir

Keysi iddia edir ki, son ayların ən böyük qarşıdurmalarının yaşandığı yerlərdən biri olan Ukraynadakı böhranın səbəbi də bu ani iqlim dəyişikliyinə qarşı Rusiyanın tədblər planı ola bilər.

Keysinin təxminlərinə görə, Rusiyanın Ukraynadakı əsl maraq mərkəzi indilərdə ikiyə bölünmüş olan ölkənin əhəmiyyətli bir buğda qaynağı olmasıdı. Bu nəzəriyyəyə görə, Rusiya "solar qış yuxusu" zamanı qida ehtiyacını qarşılaya bilmək üçün Ukraynanın qaynaqlarını istifadə etməyi planlaşdırır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az