Ötən gün İranın hərbi gəmilərinin Xəzər dənizində Azərbaycanla su sərhədinə gəldiyi haqqında məlumat yayılmışdı.
Xəbər: İranın hərbi gəmiləri Azərbaycanla su sərhədinə düzülüblər. Teleqraf.az-ın Astara rayon üzrə müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən İranın hərbi gəmiləri Azərbaycanın su sərhədinə yaxınlaşıblar
“Gəmilər sərhədə o qədər yaxındırlar ki, biz sahildə dayanıb onları görə bilirik. Hazırda 6 gəmi görünür və oyan-bu yana üzürlər” – deyə müxbir bildrib.
Sözügedən xəbərlə bağlı bu gün redkasiyamıza daha bir informasiya daxil olub. Astara sakinlərinin “Vətəninfo.az”a verdiyi məlumata görə, mayın 25-də İrana məxsus hərbi gəmilər Azərbaycanın ərazi sularına daxil olublar. Sahilə doğru hərəkət edən gəmilərə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər tərəfindən xəbərdarlıq edilib. Bundan sonra İran gəmiləri geri dönüblər.
“Biz balıqçı qayığı ilə açıq dənizdə çıxmışdıq. İrana məxsus gəmilərin sahilə tərəf gəldiyini gördük. Daha sonra bizim gəmilər də onlara tərəf hərəkət edirdi. Sonra İran gəmiləri geri döndülər”
Qeyd edək ki, faktı dəqiqləşdirmək üçün Dövlət Sərhəd Xidməti və Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxladıq. Heç bir qurumdan məsələ ilə bağlı açıqlama ala bilmədik.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?