İranın Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları İraqdakı “İslam Dövləti” yaraqlılarının mövqelərinə aviazərbələr endiriblər.
Vətəinfo.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bəyan edib.
Kirbi Frans Press agentliyinə deyib: "Bizdə sübut var ki, İran həqiqətən son bir neçə gün ərzində “F-4 Phantom” qırıcılarından istifadə edərək (İraqdakı “İD” mövqelərinə) aviazərbələr endirib".
Xatırladaq ki, “Wall Street Journal” bir müddət əvvəl məlumat vermişdi ki, Prezident Barak Obama İranın ali lideri ayətullah Əli Xameneyiyə şəxsi məktub göndərmişdi. Məktubda iki məsələyə toxunulurdu: “İslam Dövləti” sünni qruplaşmasına qarşı kampaniyanı dəstəkləmək və İranın nüvə proqramı üzrə saziş.
Sentyabrın ortalarında Frans Press agentliyi Xameneyiyə istinadən bildirmişdi ki, Tehran "İslam Dövləti" qruplaşmasının döyüşçüləri ilə mübarizədə ABŞ-ın əməkdaşlıq haqqında sorğusunu rədd edib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib