İranın yüksək rütbəli zabitləri öldürüldü

İranın yüksək rütbəli zabitləri öldürüldü
İran İnqilab keşikçiləri Qvardiyasının briqada generalı Cavad Durbin Suriyanın Hantuman rayonunda öldürülüb.

Miq.az report-a istinadən bildirir ki, Suriyanın Hələb şəhərinin Hantuman rayonunda qvardiyanın silahlıları ilə "Fətih Ordusu" arasında gedən döyüşdə İranın 14 hərbçisi, o cümlədən briqada generalı Cavad Durbin, polkovnik Rəhim Kabili, mayor Məhəmməd Balbasi də öldürülüblər.

Qvardiyanın yaydığı açıqlamada isə bildirilir ki, döyüşdə 13 iranlı əsgər həyatını itirib, 21-i isə yaralanıb.
İrandakı bəzi informasiya mənbələri həyatını itirən əsgərlərin sayının 20 - 50 arasında olduğu haqda məlumat yayıb. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az