İrəvan hərbçilərin maaşlarını artırmaqdan İMTİNA ETDİ
2019-cu ilin dövlət büdcəsində erməni hərbçilərin maaşlarının qaldırılması nəzərdə tutulmayıb.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının iclasında çıxışı zamanı Ermənistan Müdafiə nazirinin müavini Qabriyel Balayan deyib.
O bildirib ki, hazırkı dövrdə hərbçilərin maaşının 1000 dram artırılmasının belə dövlət büdcəsi üçün ağırdır:
"Bir il ərzində müstəqil maliyyə vəsaitlərinin yaranacağı halda hökumət yenidən büdcə dəyişiklikləri təşəbbüsüylə çıxış edəcək və hərbçilərin maaşlarını artıracaq".
Miq.Az