Azərbaycanda iş vaxtlarının dəyişdirilməsi yollarda tıxacların azalmasına müsbət təsir göstərə bilər.
Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev hesab edir ki, ayrı-ayrı təşkilatlarda işin başlanması və bitməsi müddətlərində fərqin olması nəqliyyat axınının paylanmasına şərait yaradar: "Əlbəttə ki, bu, 15 dəqiqə, yarım saat, bir saat ərzində nəqliyyat axınının paylanması, nəqliyyatın eyni vaxtda sıxlıq yaratmasının qarşısının alınması üçün zəruri amildir”.
Qeyd edək ki, bu yaxınlarda Baş nazirin müavini Abid Şərifov mətbuata açıqlamasında iş vaxtının dəyişdirilməsi təklifi ilə çıxış edib: "Biz aidiyyəti qurumlarımızdan xahiş edirik, tövsiyə edirik ki, özəl sektorla danışıqlar aparsın ki, onlar işə saat 07:30-dan 08:00-dək, dövlət sektoru isə 08:30-dan 09:30-dək başlasın. Bank sektorunda isə iş saat 10:00-dan başlamalıdır”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?