İsa Qəmbər deputat olacaq? - "Əli Kərimlini kölgəyə sıxışdırır..." - AÇIQLAMA
"İsa Qəmbər deputat olmaq istəyrisə, olsun. Əgər o, deputat seçilsə, kim nə deyə bilər ki? Hökumətlə hansısa əlaqələrinin olub-olmaması barədə isə heç nə bilmirəm. İsa Qəmbər əvvəllər deputatlığa namizədliyini irəli sürüb, amma seçilməyib. Bu dəfə seçilə bilərsə, nəsə deyə bilmərəm. Hər halda xalq kimi seçəcəksə, ona uğurlar arzulayıram. Arzu edirəm ki, insanlar nifrət üzərində deyil, hörmət üzərində siyasət qursunlar. İstəyirlər, deputat olsunlar, hökmətdə təmsil olunsunlar, ya da müxalifət olsunlar. Həmişə qarşılıqlı hörmət etmək lazımdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"İsa Qəmbərin partiya sədri seçilməsi mənə Putin və Medvedyevin növbəliliyini xatırlatdı. İndi İsa Qəmbər qayıdıb, yenidən partiya sədri olub. Şübhəsiz ki, o, müxalifətin daha təcrübəli nümayəndəsidir. Əli Kərimli dünənəcən müxalifətdə "vahid lider” kimi təmsil olunurdusa, bu gün İsa Qəmbər keçmiş vəzifəsi, müxalifətə rəhbərliyi ilə Əli Kərimlini kölgəyə sıxışdırır”, - T.Kərimli bildirib.