İŞİD lideri, xəlifə Əbu Bəkr əl-Bağdadinin yaralandığı təsdiq edilib.
Bu barədə terror təşkilatının sözçüsü Əbu Məhəmməd əl-Adnani Tvitter hesabında açıqlama verib. O, öz hesabında paylaşdığı yazıda Xəlifənin ölməsi ilə bağlı yayılan məlumatları təksizb edib. Bununla belə İŞİD liderinin yaralandığını təsdiq edən Adnani, hazırda Bağdadinin səhhətinin yaxşı olduğunu yazıb.
Eyni zamanda o, xəlifə ölsə belə, xilafətin süqut etməyəcəyini bəyan edib.
"Xəlifənin ölməsi ilə xilafətin dağılacağınımı zənn edirsiz?", - Adnani yazıb.
Qeyd edək ki, ötən gün İraq rəsmiləri ABŞ hərbi hava qüvvələrinin Mosul yaxınlığında İŞİD liderlərinin hərbi karitejini vurduğu, qruplaşmanın liderlərinin bəzilərinin ölməsi, o cümlədən əl-Bağdadinin yaralandığı və ya öldüyü haqqında məlumat yaymışdı.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib