İslamiadanın ilk qızıl medalını TÜRKİYƏLİ İDMANÇI QAZANDI

İslamiadanın ilk qızıl medalını TÜRKİYƏLİ İDMANÇI QAZANDI
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında tüfəngdən atma üzrə keçirilən yarışlarda ilk medalçılar məlum olub.

Miq.az trend-ə istinadən xəbər verir ki, 10 metr məsafədə atıcılıqda Türkiyə idmançısı Ömər Aqyun 249,8 bal toplamaqla birinci yeri qazanıb.

Gümüş medalı 245,5 balla Banqladeş idmançısı Munna Mdrabbihsan, bürünc medalı isə özbək idmançısı 224,1 balla qazanıblar.

Azərbaycan idmançısı Əli Məcidli təsnifat mərhələsini keçə bilməyib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az