İsveçdə siyasi böhran hökuməti yeni parlament seçkiləri təyin etmək məcburiyyəti qarşısında qoyub.
Vətəninfo.az xbər verir ki, gələn il İsveçdə yeni parlament seçkiləri keçiriləcək. Bu barədə İsveçin Baş naziri Stefan Lyoven bugünkü mətbuat konfransında deyib.
Ölkənin büdcə layihəsi parlamentdə səs çoxluğu qəbul olunduqdan sonra belə qərar qəbul edilib.
Problemlər sosial-demokrat partiyasından olan yeni Baş nazir Stefan Lyoven 2015-ci ilin büdcə layihəsində sosial sahə, iş yerlərinin yaradılması üçün xərclərin artırılmasına nail olmağa cəhd göstərdikdən və İsveçin liberal immiqrasiya qanunlarını dəstəkləməyi vəd etdikdən sonra meydana çıxıb. Lakin o, maliyyə paketi üçün yetərincə dəstəklənmədi, çünki parlamentdə qüvvələrin tarazlığını qoruyan milli-demokratlar partiyası İsveçin sağ mərkəzçi müxalifətinin təqdim etdiyi büdcəni dəstəkləməyi qərara aldı.
Nəticədə 182 siyasətçi müxalifətin büdcəsinə səs verdiyi halda, dövlət büdcəsinin layihəsi 153 səs qazandı və bununla da ölkədə siyasi böhran başlandı. Hətta uzunsürən danışıqlardan sonra da problemin həlli yolunu tapmaq mümkün olmadı, buna görə də gələn il martın 22-də yeni seçkilər keçiriləcək.
Qeyd edək ki, İsveç parlamentinə axırıncı seçkilər bir qədər əvvəl, 2014-cü ilin sentyabrında keçirilib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib