Jerar Depardyeyə Ukraynaya giriş qadağan edildi

Jerar Depardyeyə Ukraynaya giriş qadağan edildi
"Mən Rusiyanı, və onun bir hissəsi olan Ukraynanı sevirəm”.

Ukrayna höküməti fransız aktyor Jerar Depardyeyə ölkəyə 5 il müddətinə girişi qadağan etdi.
Vətəninfo.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə "Apostrof” nəşrinə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.
"23.07.2015-ci il tarixdən etibarən dövlətimizin təhlükəsizliyi naminə Fransa və Rusiya vətəndaşı Jerar Depardyenin beş il müddətinə ölkəyə daxil olmasına qadağa qoyulması barədə qərar qəbul olunub. Hal-hazırda sənədlər Dövlət Sərhəd Xidmətində araşdırılır”.
Qeyd edək ki, mayın 22-də Kannda "Sevgi vadisi” filminin təqdimat zamanı Jerar Depardye Rusiya prezidenti Vladimir Putini çox istədiyini bildirərək, Ukraynanın Rusiya ərazisi olduğunu deyib:
"Mən Rusiyanı, və onun bir hissəsi olan Ukraynanı sevirəm”, - aktyor qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az