“Jurnalist məişət hadisəsi zəminində qətlə yetirilib”
Vətəninfo.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının millət vəkili Siyavuş Novruzov
Moderator.az-a
açıqlama verərək Jurnalist Rasim Əliyevin ölümünə və Avropa Şurasının
baş katibi Torbyorn Yaqlandın bəyanatına münasibət bildirib:
Azərbaycan
höküməti hər zaman jurnalistlərin müdafiəsini, söz azadlığını öz
prioritet məsələlərindən hesab edib. Sağlam, azad cəmiyyətin
formalaşması üçün bu önəmli məsələlərdən hesab olunur. Bu gün ölkə
prezidentinin göstərişi ilə jurnalistlərə qayğı göstərilir, evsiz
jurnalistlər evlə təmin olunur. Azərbaycan iqtidarının jurnalistə olan
münasibəti budur, bunu hamı görə bilir. Baş vermiş ölüm hadisəsinə
gəldikdə isə bu məişət zəminində olmuş hadisədir. Kimsə kiminsə dediyi
sözdən xoşu gəlməyib və nəticədə bu hadisə baş verib. Belə hadisələr
dünyanın istənilən ölkəsində baş verir. Qərb və onun bir sıra qurumları
bu gün Azərbaycanda baş vermiş hadisələrə prokurur, hakim kimi
münasibət bildirirlər. Bu isə bir ölkənin digər ölkənin daxili işinə
qarşıması deməkdir”