Jurnalistdən Paşinyana tərs sual: “Siz hansı vicdanla bura gəlirsiniz?” - VİDEO

Jurnalistdən Paşinyana tərs sual: “Siz hansı vicdanla bura gəlirsiniz?” - VİDEO

Baş nazir postunu icra edən Nikol Paşinyan bu gün 9 may-Qələbə günü münasibəti ilə "Erablur”dakı abidə kompleksini ziyarət edərək gül qoyub.

Miq.Az "tert.am”a istinadən xəbər verir ki, Paşinyanın mühafizəçiləri  jurnalistləri  ona yaxınlaşmağa imkan verməyib.

"Tert.am”-ın əməkdaşı Ani Qevorqyan uzaqdan olsa da, Paşinyana sualını verə bilib: "Siz hansı vicdanla "Erablur”a gələ bilirsiniz, özünüzü burada necə hiss edirsiniz?”

Mühafizəçilər ona Paşinyana yaxınlaşmağa imkan verməsələr də, Baş nazir vəzifəsini icra edən şəxsin mətbuat katibi Mane Qevorkyan isə onunla maraqlanaraq: "Ani can, biz söhbət edə bilərik?”, - deyib.

Bundan sonra polis Paşinyana yaxınlaşaraq jurnalistlərin ona yaxınlaşmasını qadağan edib.
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az