Jurnalistlər Novruz Məmmədovun İspaniyadakı elit evini tapdı (FOTO)

Jurnalistlər Novruz Məmmədovun İspaniyadakı elit evini tapdı (FOTO)

Rusiyalı jurnalistlər İspaniyanın Alteya şəhərində Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədova məxsus əmlakı aşkar ediblər.

Miq.Az xəbər verir ki, bu haqda BAKU.WS "Novaya qazeta" nəşrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şəbəsinin rəhbəri mitropolit İlarionla qonşudur.
Qonşuların dediyinə görə, İlariona bahalı mənzili hədiyyə ediblər. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv.metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro təşkil edir.

Qeyd edək ki, mitropolit İlarionun Novruz Məmmədovdan başqa məşhur müğənni Tamara Qverdtsiteli, rejissor və televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn, ukraynalı iş adamı Yuri Aptekar və digərləri qonşuluğunda yaşayır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az