Kamran Əliyev: “Vəzifəli şəxslərlə bağlı mətbuatda yayılan məlumatlar araşdırılır”

Kamran Əliyev: “Vəzifəli şəxslərlə bağlı mətbuatda yayılan məlumatlar araşdırılır”

"Korrupsiyaya qarşı mübarizədə mətbuatın da rolu böyükdür”.

Baş prokuror Kamran Əliyev "Milli Məclis” jurnalına müsahibəsində belə deyib.

O bildirib ki, mətbuatda müxtəlif vəzifəli şəxslər tərəfindən korrupsiya hallarına yol verilməsi barədə yayımlanan məlumatlar araşdırılır və həmin məlumatlar öz təsdiqini tapdığı halda müvafiq tədbirlər görülür: "Həmçinin vətəndaşlarla ünsiyyətin yeni formatı olan Baş Prokurorluğun rəsmi sosial media hesablarında keçirilən sualcavab sessiyaları zamanı korrupsiya hüquq pozmaları barədə məlumatlar da daxil olmaqla qəbul edilən çoxsaylı müraciətlərə baxılır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tam, obyektiv və hərtəfərli araşdırmanın aparılması təmin olunur”.

Baş prokurorun sözlərinə görə, korrupsiya şəbəkələrinin aşkarlanması barədə məlumatların ictimailəşdirilməsi, cinayətin cəzasız qalmadığının cəmiyyətə çatdırılması müəyyən mənada şəxsləri cinayət törətməkdən çəkindirir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az