Keçmiş baş prokuror şoka düşüb - FOTOLAR

Keçmiş baş prokuror şoka düşüb  - FOTOLAR
Əli Ömərovdan səhiyyə nazirinə qəzəbli sual  
Dərmanlar 150 faiz niyə bahalaşdı?

Keçmiş baş prokuror Əli Ömərov Moderator.az - a zəng vuraraq dərman almaq üçün müraciət etdiyi aptekdəki qiymətlərdən şoka düşdüyünü bildirib.

Keçmiş baş prokuror saytın əməkdaşına bildirib ki, xeyli vaxtdır qan təzyiqindən əziyyət çəkir və son günlərədək  10 manata aldığı "Tripliksam" dərmanını ona aptekdə 25 manata veriblər. Yalnız aldığı təqaüdlə dolandığını deyən Ə. Ömərov şikayətlənir ki, belə getsə müalicəsi üçün zəruri olan dərmanların hamısını almaq imkanından məhrum olacaq.
Ə. Ömərov saytımız vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək qiymətlərin 150 faiz bahalaşmasının səbəbini bilmək istədiyini deyir. 

Baş prokuror eyni zamanda bir suala da cavab axtardığını bildirdi ki, görəsən dövlət başçısı möhtərəm İlham Əliyevin ölkənin dərman bazarında baş verənlərdən müfəssəl məlumatı varmı? Keçmiş baş prokuror bu qənaətdədir ki, prezidentin baş verənlərdən xəbəri olsaydı o belə bir anarxiya və xaosun yaşanmasına qətiyyən yol verməzdi. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az