"Keçmiş icra başçısı Mahmud Quliyevlə aramızda..."-Model Əfsanə
Model Əfsanə Qasımova son günlər adının Cəbrayılın keçmiş icra başçısı Mahmud Quliyevlə hallanmasına münasibət bildirib.
Qasımova Ölkə.az-a açıqlamasında bildirib ki, keçmiş icra başçısıyla nəinki sevgili deyil, heç onu şəxsən tanımır:
"Sizin sayta verdiyim açıqlamadan sonra hər kəs zəng vurub onunla sevgili olub-olmadığımı soruşur. Amma bunu adi məntiqlə də bilmək olar. Açıqlamamda bildirmişəm ki, həyatımda olan şəxs məndən iyirmi yaş böyükdür. Mahmud Quliyevlə yaş fərqimiz isə qırxa yaxındır. Yəni onunla aramızda heç bir münasibətdən söhbət gedə bilməz".
Qeyd edək ki, bir müddət öncə Mahmud Quliyevin evlənəcəyi barədə verdiyi açıqlama, ardınca modelin keçmiş məmurla ailə quracağını deməsi yalnış anlaşılmışdı.
Miq.az-a açıqlama verən model Əfsanə xanım internetdə yayılan erotik şəkillərin də ona məxsus olduğunu etiraf etdi: "Bəli, mənə məxsüsdür. Bildiyiniz kimi o şəkillər bir müddət öncə telefonumdan oğurlanıb."
Ailə quracağı ilə bağlı Miq.az-a açıqlama verən Əfsanə xanım onu da bildirdi ki, düzdür, ailə qurmağa fikrim var. Bir birimizi tanimağa çalişiriq. Çünki ailə elə bir şeydir ki, insan bir ömür seçəcəyi insanı tanımalıdır. Seçimimi etmişəm, qismət olsa inşallah ailə quracam. Qeyd etdiyim kimi mənim ailə quracağım üçün nəzərdə tutduğum insanla aramızda 20 il yaş fərqi var.
Miq.az