Kəlbəcərin kəndindəki bankomatı yaran ermənilər 8 milyona yaxın pul oğurladı...

Kəlbəcərin kəndindəki bankomatı yaran ermənilər 8 milyona yaxın pul oğurladı...

2022-ci il oktyabrın 16-da bir neçə hayk gədəsi Kəlbəcər rayonununun Həsənriz kəndinin qanunsuz icma binasına daxil olub oradakı bankomatın əskinas xəzinəsini elektrik mişarıyla  kəsərək  pulları ələ keçiriblər. 
 
Moderator.az xəbər verir ki,  Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyət göstərən "Artsaxbank"a məxsus bankomatdan oğurlanan əskinaslar 7 milyon  951 min erməni dramı, yaxud 19 min ABŞ dollarına yaxın məbləğdə olub.
 
Xankəndindəki qondarma "prokurorluq” oğurluğu törədənlərdən iki nəfərin həbs edilməsi haqda məlumat yayıb.
 
Xatırladaq ki,  1991-ci ilədək keçmiş Mardakert rayonuna daxil olan və "Aterk” adlanmış Həsənriz kəndi 1992-ci ildən Azərbaycan hökumətinin müvafiq qərarıyla Kəlbəcər rayonunun tərkibinə daxil edilib.  Hazırda kənddə Rusiya "sülhməramlı”larının himayəsi altında hayklar məskunlaşıb...
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az