Kemeron ayaq üstə alqışlandı, kədərləndi

Kemeron ayaq üstə alqışlandı, kədərləndi
6 il İngiltərə hökumətinə başçılıq edən Devid Kemeron bu gün parlamentdə son çıxışını edib.
 
Axar.az xəbər verir ki, Kemeron millət vəkillərinin suallarını cavablandırdıqdan sonra vida nitqini söyləyib.
 
Baş nazir nitqini bitirən kimi Mühafizəkarlar Partiyasından olan millət vəkilləri bir neçə dəqiqə ayaq üstündə baş naziri alqışlayıb.
 
Parlamentdən ayrılarkən Kemeronun kədərləndiyi sezilib.
 
Xatırladaq ki, Avropa Birliyindən (AB) çıxma ilə nəticələnən referendumdan sonra Devid Kemeron AB ilə müzakirə prosesinin yeni baş nazir tərəfindən aparılması lazım olduğunu deyərək, baş nazir postundan və Mühafizəkarlar Partiya liderliyindən istefa verəcəyini açıqlamışdı.
 
Mühafizəkarlar Partiyasının yeni xanım lideri Tereza Mey bu gündən Baş nazir vəzifəsini icra edəcək.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az