Kiçik və orta sahibkarların vergi yükü azaldılacaq

Kiçik və orta sahibkarların vergi yükü azaldılacaq
Azərbaycanda həyata keçirilməsi planlaşdırılan vergi islahatlar üç istiqamətdə aparılacaq. Bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev məlumat verib.

Onun sözlərinə görə, istiqamətlərdən biri vergi yükünün optimallaşdırılması ilə bağlıdır: "Hazırda bizdə vergi yükü 39,8%-dir. Bu, əksər ölkələrdən aşağı olsa da, region ölkələrindən bir qədər yüksəkdir. Odur ki, bu yükün azaldılması nəzərdə tutulub”.

İ.Vəliyev digər istiqamətərin isə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və vergi potensialının artırılması ilə bağlı olduğunu deyib: "Burada söhbət rəqəmsal ticarətin vergiyə cəlb edilməsindən, transfer qiymətlərinin tətbiqindən gedir”.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az