"Kiminsə kiminləsə şəxsi qərəzliyi yoxdur" - Siyavuş Novruzov


"Burada diskussiya gedir. Parlament diskussiya yeridir. Diskussiya aparmalıyıq və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Ona görə də bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd etmək lazımdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.


"Kim nə cür yazır yazsın, söhbət ondan getmir. Kiminsə kiminləsə şəxsi qərəzliyi yoxdur. Bizim hamımızın marağımız dövlət başçısının apardığı siyasət, onun müdafiəsi, dövlətimizin gücüdür", - deyə komitə sədri bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az