“Kiminsə qarnı ağrıyır..." - Rusiyaya işləməkdə ittiham olunanlar danışdı

“Kiminsə qarnı ağrıyır...
Xəbər verdiyimiz kimi, Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkənin vaxtilə Moskvadan göndərilən şəxs tərəfindən idarə olunması ilə bağlı məlumat yayılıb. Sözügedən şəbəkəyə Ramiz Mehdiyevin, Eldar Mahmudovun, Əbülfəz Qarayevin, Azad Rəhimovun, Elmar Məmmədyarovun,  Eldar Mahmudovun və digər şəxslərin daxil olduğu bildirilib.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "modern.az"-a açıqlamasında  bildirib ki, onu vurmaq istəyənlər var: "Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə "manset.az"  bunları bildirib: "Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” 

 Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq mədəniyyət naziri Əbülfəz Qarayev "musavat.com"-a deyib: "Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az