Gələn həftədən Konqresin hər iki palatasına nəzarət etməyə hazırlaşan respublikaçılar bu həftə çətinliklərlə qarşılaşıb.
Vətəninfo.az xəbər verir ki, Nyu-York ştatının nümayəndəsi Maykl Qrim vəzifəsindən istefasını açıqlayıb. Cənab Qrim bir neçə gün öncə vergidən yayınmaqda müqəssir olduğunu etiraf edib.
Öz istefa bəyanatında sabiq dəniz piyadası və Federal Təhqiqat Bürosunun agenti olan Nyu-York qanunvericisi Konqresdə səmərəli işləyə biləcəyinə inanmadığını bildirib. O, vəzifəsinə və təmsil etdiyi insanlara hörmət əlaməti olaraq yanvar ayının 5-i istefaya gedəcəyini bildirib.
Cənab Qrimin istefasını açıqlamadan öncə Nümayəndələr Palatasının spikeri Con Beynerlə görüşdüyü bildirilir. Dekabrın 23-ü isə təqsirini etiraf etdikdən dərhal sonra konqresmen istefa etməyəcəyini bildirmişdi.
Bundan əlavə, Nümayəndələr Palatasının əsas respublikaçı üzvlərindən biri olan Luisiana ştatının nümayəndəsi Stiv Skaliz bir neçə il bundan öncə ağ irqin üstünlüyünü təbliğ edən insanların iclasında çıxış etdiyi üçün istintaq altındadır.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib