"Nazir kimi ən çox məktub yazdığım orqan Respublika Baş Prokrorluğudur"
Ötən həftə ANS TV-də "Hesabat"ın qonağı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov olub. Nazir ölkə vətəndaşlarını maraqlandıran bir çox suallara aydınlıq gətirib.
Vətəninfo.az həmin müsahibəni oxucularına təqdim edir.
- Səlim Müslümov iclasların birində elan etdi ki, onun
işçilərindən biri konkret olaraq alver edirimiş və o alveri də hörmətli
cənab nazirə diktafon yazısı şəklində də təqdim ediblər və Səlim müəllim
də bununla bağlı tədbir görüb, hətta belə bir fikri də mənə çatdırıblar
ki, siz həmin toplantıda etiraf etmisiniz ki, korrupsiya ilə mübarizə
aparmaqda acizsiniz.
- Bu iclasda olmayıb, bu
hadisə mən Göygöldə vətəndaşları qəbul edən zaman, Gəncə şəhəri və
ətrafdakı 5 rayonun vətəndaşlarını qəbul edən zaman baş verib. Orada 1
nəfər qəbula gəlmişdi Daşkəsən rayonundan.Şikayət etdi ki onun
şikayətini qəbul etmirlər, şikayətinə baxmırlar, süründürməçilik edirlər
və hətta ondan bu süründürməçiliyə görə nəsə istənilir və.s və s. O
zaman ondan misal çəkdim öz işçilərimə və qeyd etdim ki siz hamınız
mənim yanımda olanda özünüzü aydan arı, sudan duru aparırsınız. Amma
faktik olaraq mən vətəndaşlarla görüşəndə vətəndaşlar mənə ayrı şeylər
deyirlər və misal çəkdim ki, bu yaxınlarda Ağcabədi rayonlarından da
mənə belə bir şikayət olundu. Ona süründürməçilik edirlər, ondan nəsə
istəyirlər. Təbii daxili nəzarət şöbəsini göndərdim o işlərlə məşğul
olmaq üçün və onlar getdilər və araşdırdılar mənə dedilər ki, bunlar
təsdiq olunur və həmin adam hansı ki, şikayət edir həmin adama təklif
olunub ki vəsaitlə getsin təkllif etsin.
Əgər lazım
gəlsə yerli hüquq mühafizə orqanlarını ilə birgə əməliyyat keçirəcəyik
və o bundan imtina edib. Amma cibinə diktafon qoub gedib və sonra da
həmin diktofonda açıq görünür ki, bu özünün dediyinə görə bunu mənə
daxili nəzarət şöbəsinin olduğu kimi danışdı dedi ki, həmin adam dedi
ki, diktafonda açıq aydın şəkildə görünür ki, bunlar bundan qarşılıq
istəyiblər. Təyinat olacağı təqdirdə qarşılıq istəyəcəklər. Və bundan
sonra əlbəttə o istəsə həmin diktofonda yazdıqlarını hüquq mühafizə
orqanlarına verə bilər. Amma biz öz üzərimizə düşəni dərhal həll elədik,
həm işçini, həm müdiri işdən azad etdik.
Bu proses
mən sizə açıq deyirəm artıq 2 ilə yaxındı müddətdir ki, bizim
tərəfimizdə aparılır. 2013-cü ilin oktyabr 22-dən indiyə qədər bu
səbəblər üzrə 768 nəfər adam işdən azad edilib. İnzibati metodlarla mən
bacardığım qədər cənab prezidentin mənim qarşımda qoyduğu vəzifəni, yəni
bu sistemi şəffaflaşdırılması vəzifəsini yerinə yetirmək üçün mübarizə
aparacam. Amma bütün hallarda inzibati metodlar əsas yol deyil. Bu
müəyyən qədər nail olamağın yoludur və müyyən müddətə vəzifənin yerinə
yetimrəsinə nail olmaq yoludur. Amma o vəzifəni birdəfəlik yerinə
yetirmək üçün sistemdə instutsiyanal islahatlar aparılmalıdır və
bildiyiniz kimi də bu instutsiyanal islahatların aparılması üçün cənab
prezident tərəfindən 2 mühim fərman imzalanıb. Bunun biri ünvanlı
sosiyal yardım sisteminin avtomatlaşdırılmasına aiddir. İkincisi isə
əlliliyinin təyinatının avtomatlaşdırılmasına aiddir.
Hazırda
hər 2 fərmanın icrası üçün son tamamlanma işləri gedir. Yəni proqramlar
ağır proqramlardı, mən sizə açıq deyim bunu. Məsələn 1-ci proqram
ünvanlı sosial yardımın təyinatının avtomatlaşdırılmasında 15-dən yuxarı
orqanın məlumat bazaları ilə üzləşdirmə işləri aparılmalıdır müraciət
zamanı. Bu çox ağır proqramdır və hətta beynəlxalq ekspertlər də belə
bir proqramın fəaliyyət göstərəcəyi halda Azərbaycanda bu sahədə
həqiqətən də çox böyük instutsiyanal islahatların baş verəcəyini
bildirir.
- Bu alverçi oğlan nə qədər maaş alırdı?
- 275 azn. Bəli o təmiz maaşı idi onun. Ondan başqa da onun 4 dəfə də il ərzində mükafatlandırması olub
- Sosial yardım nə qədərdir?
-
Sosial yardım ailə üzvlərinin sayından və gəlirlərindən aslıdır. Ölkə
üzrə adam başına düşən hansı ailələrə ki, təyin olunub həmin ailələr
üzrə orta adam başına düşən 39 manat o bildiyiniz kimi 150 manatdı
ortalama belə deyək
- Demək olar ki, o alverçi oğlanın maaşı bu sosial yardım alan ailənin maaşından dəfələrlə çox deyil?
- Hardasa 2 dəfəyə yaxın. Belə mükafatları da üstünə gəlsək 2,3 dəfə.
- Amma sizcə kifayətdirmi bu maaş?
-
Xeyr, bu kifayət deyil və məhz buna görə də biz yeni sistem
hazırlayırıq, hansı ki, üzərində işləyirik. Orda həmin o insanlar ki
orda çalışmaqda davam edəcəklər, onların hər birinə planşet veriləcək.
Xüsusi proqramla onlar gedib həmin yerdə ailələrin maddi vəziyyətini
yoxlayacaqar və elektron imzla ilə təsdiq edib bizə göndərəcəklər. Amma
onların hər gedişi üçün biz ayrıca vəsait nəzərdə tutmuşuq. Cənab
prezidentin fərmanında da bu var. O onların maaşının üstünə əlavə
olunacaq və beləliklə bunların maaşları məsələn ay ərzində tutaq ki, bu
15 ya 20 ailənin gedib maddi vəziyyətini yoxlayacaqsa onu da hər dəfə
gediş üçün vəsait bağlı olacaq.
Hər halda, yəqin ki
müraciət edən ailənin rayon mərkəzindən uzaqlığına - çünki orada
nəqliyyat xərcləri var və s. - bunların hamısına görə mən elə düşünürəm
ki hardasa bir 200 manat da onların maaşlarının üstünə əlavə olunma
imkanları olacaq. Hər halda 500 manata yaxın 500-600 azn arasındaki 1
aylıq gəlir edir. Ailədə hər halda 2 nəfər çalışan olmalıdır. 1 nəfərəin
də gəliri üçün pis vəsait deyil
- Bir vaxtlar
belə bir söz dəbdəydi ki balıq başdan iylənər. İndi siz alımırsız, yaxud
indi siz alımrsız və axı belə çıxır ki, balıq təkcə başdan iylənmir.
Balığın digər iylənməli yerləri var. Bax bu korrupsiya ilə mübarizədə
sizin dediyiniz bu instutsiyanal təkliflərin, dəyişiklikərin
islahatların effektini hansı müddətə görə biləcəyik?
-
Mən elə düşünürəm ki, biz bu qoyulan məsələləri bu il içərisində
yekunlaşdırsaq növbəti ilin əvvəlindən artıq o insanların ünvanlı sosial
yardım təyin etmək hüquqları olmayacaq. Bunu sistem avtomatlaşdırılmış
şəkildə edəcək, hər kəs avtomatlaşdırılmış müraciətini edəcək sistemə.
Artıq sistemdən onun mobil telefonuna məlumat gedəcək ona təyin olundu
ya olunmadı. Olunmadısa niyə olunmadı, olunsa hansı məbləğdə olundu və
plastik kartını hansı bankdan ala bilər və neçə günə ala bilər. Artıq
yerdəki məmurdan hər hansı bir asılılıq olmayacaq və bununla da kontakt
ortadan qalxdı. Bilirsiniz siz bayaq balığın başdan iylənməsi və ya
başqa yerdən iylənməsi söhbətini etdiz.
Söhbət
nədən gedir? Biz baş vermiş hadisənin, artıq baş verəndən sonra
başlayırıq onunla mübarizə aparmağa, bu çətin şeydir. Yəni effekti o
qədər də olmur. Amma gəlin elə edək ki, o hadisənin heç baş verməsi
imkanını ortaya qoymayaq. Və qayıdaq bayaq dediyiniz məsələyə; bir var
rüşvət, bir də var korrupsiya. Bunlar ayrı-ayrı şeylərdir. Rüşvət o
adamların yerində elədikləridir. Korrupsiya o zaman olardı ki, burda bir
sistem yaradılardı və başdan idarə olunardı. Bu olacaq korrupsiya. Yəni
mən korrupsiyanı dağırda bilərəm. Amma rüşvəti dağırda bilmirəm. Söhbət
bundan gedir rüşvəti dağıtmaq üçün sistemin avtomatlaşdırılması həyata
keçirilməlidir. Bunun başqa yolu yoxdur. Kontakt ortadan qalxmalıdır.
-
Bəlkə Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən çıxış eləyək. İndi
dəbdə olan dildə desək, bəlkə Bütün Qafqazın Şeyxinə müraciət edək,
Qafqaz Müsəlman İdarəsinə. Bir nəfər molla bizim bir sıra
əməkdaşlarımızdan fərqli olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirliyində bu sahədə çalışa. İnsanlarımızın statusu fərqlidir onlar
yetim malı ilə işləyirlər. Onlara izah etsinlər ki, ay bala bu yetim
malıdır, bunu yemək günahdır. Qanunda bu cinayətdir, amma Allah da bunu
sevmir. Bəlkə də gülməli çıxır, bəlkə Milli Təhlükəsizlik Nazirliyini,
Daxili İşlər Nazirliyini bu işə cəlb edək... Çünki sizin o dediyiniz
sistem ki var, mən, bilirsiniz, nədən çəkinirəm? 6-7 aydan sonra siz
deyəsiz ki, bu sistemdə də problemlər var, 3-cü sistem haqqında
fikirləşirik. Problem bəlkə bizim insanın naturasındadır, dəyərlər
tərsinə çevrilib?
- Xeyir, mən bununla qətiyyən
razı deyiləm. 1-ci sizin bayaq dediyinizn üzərinə gəlirəm. Biz 2 ildir
respublika prokrorluğu ilə çox sıx əlaqədə işləyirik. Həddən artıq sıx
əlaqədə. 768 adamın getməyi elə belə deyil. Bu çox güclü şəkildə bizim
vurulan zəngləri araşdırmağımızdır. Hər gün 161 saylı prokrorluğun
qaynar xəttinə gələn zənglər var, onun çoxunu bizə göndərirlər. Hardasa
konkret hal yoxdur, amma süründürməçilik və s. onlar bizə bunu göndərir,
biz dərhal onları yerində araşdırırıq. Mənim nazir kimi ən çox məktub
yazdığım orqan Respublika Baş Prokrorluğudur. Ən çox onlara cavab
verirəm. Çünki onların 161 qaynar xəttinin özü də hər birini prokror özü
imzalayır və bizə göndərir və biz də onu aydınlaşdırırıq.
Yəni
konkret hal yoxdur, amma göstərilir ki, "hər 15 gündür mənim
sənədlərimi alıblar, amma təyin etmirlər, süründürürlər" - bu halları
biz araşdırırıq. Konkret olaraq hamısını. Yəni bu iş gedir amma mən sizə
yenə deyirəm mən iqtisadçıyam. Məsələlərin iqtisadi tərəfi daha güclü
rol oynayır. O mənəvi tərəf əgər iqtisadi tərəfi yoxdursa mənəvi tərəf
müəyyən müddətdə rol oynaya bilər. Yəni ruhun üstündə müəyyən qədər
dayanmaq olar. Ondan sonra bu artıq mümkün deyil. İnsan yemək istəyir,
geyinmək də istəyir, gəzmək istəyir və s.
Mən bunu
10 il DSMF-da sədr olanda o zaman gördüm. Biz avtomatlaşdırdıq bu
prosesləri və demək olar ki, şikayət qalmadı. Artıq şikayət yox idi,
şikayət edən yox idi. Mən inanmırdım heç şikayət olmurdu. Çünki lazım
olanda insanlar götürüb telefonla zəng edirdilər şəxsiyyət vəsisəqinin
nömrəsini deyirdilər, bir də sosial sığorta kartın nömrəsini. Bunlara
pensiya təyinatı aparılırdı və sistemin avtomatlaşdırılması bu o demək
deyil ki, biz velosiped icad edirik, Amerka kəşf edirik. Dünyanın hər
yerində bu, evalyusiya yoludur bu yolla gedilir, təkamül yolu budur.
Yəni bütün hallarda mən məsələni sizin diqqətinizə çatdırıram. Çox vaxt
deyirlər ki bayaq siz də dediniz bunu, əmək haqqını artırağın. İnanın ki
əmək haqqını 2000 və ya 3000 də eləsəniz, əgər elə adamların elə imkanı
varsa əksəriyyəti o işlə məşğul olacaqlar.
O
imkanı onların əlindən almaq lazımdır. Mən sizə adicə misal çəkim, biz
keçən ilin dekabrın 1-dən iş yerindən arayışı elektronlaşdırdıq. Baxın
bir ildən az bir müddətdə təqribən 10 ay müddətində 128 000 adam
elektron şəkildə bizim o xidmətdən istifadə edir, iş yerindən arayış
almır. Amma əvvəl nə edirdi gedirdi kəsdirirdi katibəyə yalvarırdı, ona
bir şokolad, buna pul ki, mənə təcili arayış lazımdır, mənim arayışımı
verin. İndi ona ehtiyac yoxdur ki görün nə qədər insanların canı
dincəlib və müəyyən qədər də maddi məsələlər keçildi 2-ci plana.
-
Biz sizinlə 1 il 10 ay bundan qabaq görüşmüşdük və bu müddət ərzində
görülmüş işlər barəsində siz ümumi şəkildə də olsa məlumat verdiz. Biz
indi neçə müddət keçəndən sonra görüşəndə siz mənə deyəcəksiz ki, məsələ
belədir. Biz artıq bu sahədə, bu sahədə uğurlar əldə etdik və keçən
dəfə danışdığımız rüşvət faktları korrupsiya fakları vardı aradan
qaldırıldı.
- Gəlin belə danışaq. 6 aydan sonra
biz görüşəcəyik sizinlə və ya 5 aydan sonra, fərq etməz. Biraz o sistem 3
ay fəaliyyət göstərsin ki, nəticələrin görəsiniz və bir 6 aydan sonra
biz sizinlə görüşək. Aprelin əvvələrində və ya növruz bayramı qabağı.
Allah hamımıza ömür versin, mən elə düşünürəm ki, o zaman cənab
prezidentin o tapşırıqlıarını artıq o 2 sahədə yerinə yetirdiyimizi sizə
deyəcəm. Bu proses gedir və mən əminəm və mən cənab prezidentə də
bunları dövri olaraq məruzə edirəm və həqiqətən də instutsiyanal
tədbirlərin təcili aparılması barədə tapşırıq alanda mən özümdən aslı
olmayaraq inanın bütün günü səhər 9-dan gecə 11-dək bu barədə
fikirləşirəm. Fikrim ancaq buna işləyir.
Baxın,
insanlar bu gün çoxlu sayda ünvanlı sosiyal yardım almaq üçün müraciət
üçün çoxlu sayda sənəd toplayırlar və bu sənədləri aparıb təqdim
edirlər. 1 nəfər ailənin adından gedir notarusa təsdiq edir ki, bu insan
ailənin adından vəkil olub və o sənədlərlə bərabər vəkalətnamə ilə
birgə bizim əhalinin sosial müdafiə mərkəzinə orada komissiya var. 15
gün ərzində buna baxır, sonra buna qərar verir bu proses gedir. İndi
burda yeni sistemdə nə olacaq, insanlar heç bir sənəd toplamayacaqlar.
İnsanlar gedəcəklər notariusa ailənin adından kimin bu məsələ üçün
təmsilçi təyin olunduğu təsdiq olunacaq. Ailənin hamısı imza atacaq bu
məsələ indi də var və həmişə olacaq. Yəni ailənin adından 1 nəfər
almalıdır həmin o notarius vəkalətnaməni. Təsdiq edilən sənədin üstünə
notarius bir nömrə qoyur və həmin o təmsilçi internet bağlantısı olan
yerdən girib bizim elektron hökümət saytına və elektron bəyənnamələri
doldurur. Axırda da bir mobil telefon qeyd edir, əks əlaqə üçün. Çünki
məlum məlumatlar mob telefona göndərilir.
Yəni
təyin olundu ya olunmadı və təyin olundusa məbləğ nə qədərdir və haradan
almalıdır plastik kartını. İndi burda çox maraqlı nüanslar ortaya
çıxır. Baxın dünən biz bunu müzakirə edirik; heç demə təmsilçi ailənin
üzvüləri də olmaya bilər, ola bilər ki ailənin içində əmək qabiliyyəti
olanı yoxdur və ya yetkinlik yaşına çatmış üzv yoxdur və ata ana rəhmətə
gedib. Qalan uşaqlar heç biri yetkinlik yaşına çatmayıb. Bu halda kim
müraciət edə bilər ailənin adından? Deməli, burada təmsilçi olmalıdı,
qəyyum, patron, digər təmsilçi və s. Bəs bunlar necə müraciət edə
bilərlər onların qeydiyyat yeri ayrıdır, ailənin yaşadığı yer ayrı.
Bunda nə olsun, məlumat hara gedəcək, kimə təyin olunacaq? Bunlar hamısı
dəqiq tapşırıq verilməlidir proqramçılara ki onlar dəqiq göstərə
bilsinlər. Çünki sistem nə edir sistem müraciət edən ailənin adından
təmsilçinin şəxsiyyət vəsiqəsini götürür daxili işlər nazirliyinin
şəxsiyyət vəsiqələri bazasından və bütün məlumatı da ona görə emal edir
və təyinat da ona uyğun gedir o qeydiyyat üzrə. Ona görə də belə şeylər o
qədər incə elementlər var hər birinin üzərində dayanmaq lazımdır.