Vətəninfo.az xəbər verir ki, M-3 avtomagistralının Hacıqabul-Bəhramtəpə hissəsində 9-cu km-də Kür çayı üzərindəki körpünün tikintisi başa çatdırılıb. Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib. Körpünün uzunluğu 317,7 m, qabariti Q-11,5, eni 14,85 m təşkil edir. Körpünün aşırım tirləri kəsilməyən monolit dəmir-beton tir olaraq, 3 aşırımdan ibarətdir. Orta aşırım tirlərinin uzunluğu 140 m , kənar tirlərin uzunluğu isə, 82 m təşkil edir. Aşırım tirlərinin en kəsiyi “korobka” şəkilli (içərisi boş) olmaqla, kənar hissələrdə hündürlüyü - 8,5 m, orta hissədə isə 3,5 m təşkil edir.
Xatırladaq ki, Kür çayı üzərindəki bu körpüdə, son illərdə ağıryüklü maşınların intensiv hərəkəti ilə əlaqədar olaraq tez-tez aşırım tavalarında çökmələr baş verir, nəqliyyatın hərəkəti dayandırılırdı. Sürücülər alternativ, daha uzun yollardan istifadə etməli olurdu ki, bu da sürücülərin və sərnişinlərin haqlı narazılığına səbəb olurdu.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib