Lavrov Mirzoyanla danışdı: sülh müqaviləsinin detalları...

Lavrov Mirzoyanla danışdı: sülh müqaviləsinin detalları...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada danışıqlar zamanı regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması üzrə gələcək addımları müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirliyi məlumat yayıb.

"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının hərtərəfli yerinə yetirilməsi üzrə öhdəlik təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması kontekstində gələcək addımlar müzakirə edilib”, - deyə bazar ertəsi Rusiya XİN-in saytında dərc olunmuş məlumatda bildirilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az