Lənətə və Fransaya gəlmiş qəbir

Lənətə və Fransaya gəlmiş qəbir

Zahid Oruc

Ermənilər onu mifik bir simaya çeviriblər.Türk və azərbaycanlı düşmənçiliyini doğulandan həyatının sonuna qədər yaşadan bir adamı başqa cür ideallaşdıra bilməzdilər.Yüz illərdir ki,onun hərbi igidliyindən bəhs edənlər,qəhrəmanlarının kəsilmiş qulağından,rüsvayçı məğlubiyyətlərindən və xəyanətlərindən bir cümlə belə danışmaq istəmirlər.

Anranik Ozanyan Ermənistanın milli qəhrəmanıdır.Osmanlı dönəmində və Türkiyə ərazisində doğulub və Qnçak,Daşnaksütyun dəstələrinin başçısı olub.Lakin əsas mübarizəsini ilk dövrlər Osmanlıya qarşı savaş aparan bolqarların tərəfindən edib.Birinci dünya müharibəsində ingilislərə satıldığına və türklərə xəyanətinə görə Paşa tərəfindən qulağı kəsilib.Sonra da başlayıblar onu özünü belə adlandırmağa.

Baxın,az keçəcək bu türk düşməni həm də Rusiya tərəfindən döyüşlərdə fəallıq göstərəcək.Lakin onun qənimi və Qarabağda 30 minlik qoşunu məhv edən laçınlı Sultan bəyin adını tarixdən silə bilməyəcəklər.Əgər belə olmasaydı,onda Azərbaycan torpaqlarını tamamilə ələ keçirmək istəyən ermənilər elə o vaxt məqsədlərinə çatar,Qarabağı Ermənistanla birləşdirərdilər.

İndi tarixin ironiyasına baxın-Andranik keçmişdə bir-birinə dost olmayan ölkələrin-Rusiya,Yunanıstan,Bolqarıstan və Fransanın müxtəlif ordenləri ilə təltif olunub.1927-ci ildə mühacirət etdiyi Amerikada ölüb və orada basdırılıb.Lakin bir il sonra qəbrinin qalıqlarını Fransaya,Per-Laşez qəbristanlığına köçürüblər.Üstündən 72 il keçəndən sonra isə yaraq-silah və mükafatları ilə birgə Ermənistanda basdırıblar.Belə ölüdən erməni əl çəkər?

Dünən gənc və istedadlı tərcüməçi dostumuz Elvin bəy bu şəkli Fransadan üzüntü ilə bizlərə göndərib.General, at belinə qaldırılıb sərkərdələşdirilən bu cəllad Avropa insanına erməni milli-azadlıq mübarizəsinin simvolu kimi sırınır,haqqında filmlər çəkilir,küçə və meydanlara,yollara onun adı verilir.

Üç qəbrə malik olan Anranikdən fərq olaraq onu hərb meydanında məğlub edən Sultan bəyin mühacirətdə ömrünü tapşırdığı türk köyündə yerini tapmaq o qədər asan olmayıb.Azərbaycanlılar Sultan bəyin Türkiyədən qəbrini gətirməyi düşünməlidirlər. Onun mərdliklə qoruduğu Laçın və Qarabağa nə qədər ki,Andraniki köçürməyiblər, biz tariximizə və bu Vətənə sahib durmağı bacarmalıyıq!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az