Lənkəran bazarı, yoxsa bataqlıq... - Eksklüziv görüntülər

Lənkəran bazarı, yoxsa bataqlıq... - Eksklüziv görüntülər

Son günlər havaların yağmurlu keçməsi ölkənin bir çox yerlərində problemləri qabardaraq üzə çıxarıb.

Acınacaqlı durum daha çox rayonlarda özünü göstərir. Bu da "Regionların iqtisadi inkişafı" Proqramı çərçivəsində regionlara ayrılan maliyyə vəsaitlərinin düzgün xərclənmədiyini göstərir. 

Lənkəran şəhərindən Miq.az-a göndərilən mürcaiətdə də problemlər qabarıq şəkildə diqqət çəkir. 

Sakinlərin Miq.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində yerləşən Lənkəran bazarında vəziyyət olduqca acınacaqlıdır. Yağıntılar nəticəsində bazarda hərəkət etmək çətinləşib. 

Onu da qeyd edək ki, Lənkəranın kəndlərinə işləyən marşrut avtobusları da bazarda dayanır. Əhalinin böyük axın təşkil etdiyi bazarda isə palçıqdan hərəkət etmək mümkünsüz hala çevrilib. 

Sakinlərin təqdim etdiyi fotogörüntüləri təqdim edirik: 



Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az