Füzulidə sosial müavinətlər varlılara verilir – DETALLAR

Füzulidə sosial müavinətlər varlılara verilir – DETALLAR

Füzuli rayon Sosial Müdafiə Mərkəzinə müdir təyin olunan Adil Həziyev təyinat aldığı gündən rayonda ünvanlı sosial yardım almağa imtiyazı olan ailələrə deyil, imkanlı şəxslərə verilməyə başlayıb.

VİZUAL.az xəbər verir ki, bu barədə istiqlal.az-a adının çəkilməsini istəməyən rayon sakinləri məlumat veriblər.

Onların dediyinə görə, Adil Həziyev əvvəllər Füzuli rayonun bir neçə kənd və qəsəbəsində icra nümayəndəsi işlədiyi üçün hazırda qəsəbə və kənd ərazi icra nümayəndələri ilə əlbir olaraq ünvanlı sosial yardımların bir qrup şəxslər tərəfindən mənimsənilməsi üçün saxta sənədlər əsasında əlverişli şərait yaratmışdır. "Bir sözlə icra nümayəndələri vətəndaşla Adil Həziyev arasında makler vəzifəsini yerinə yetirirlər. Adil Həziyev öz məkirli niyyətinə çatmaq üçün ünvanlı sosial yardım almağa imtiyazlı vətəndaşları qəbul edərkən onları növbəlik siyahısına yazdırır və bir neçə ay keçdikdən sonra həmin insanlara sosial sığorta kartlarının almalarını tapşıraraq daha altı ay keçdikdən sonra gəlməsini tövsiyə edir. Bu prosesdən narazı qalan insanlar sosial yardımdan imtina edirlər. Nəticədə Adil Həziyev qazanır. Belə ki, rayonda ünvanlı sosial yardım alanların sayı azalır və yardımlar bir qrup şəxslərin iştirakı ilə mənimsəyir”, - deyə mənbə qeyd edir.

Sakinlər bildirirlər ki, ünvanlı sosial yardımları alanlar isə bu yardımı sanki hərracda udurlar. Belə ki, iki illik sosial yardım alanlar yardımın səkkiz ayının alırlar. Yardımın bir ili Adil Həziyevə, bir ayı isə maklerə və bir ayı isə saxta arayış verən icra nümayəndəsinə çatır. Ünvanlı sosial yardım alan şəxsin əvvəlki bir il yardım məbləği üçün rüşvət vermək məqsədilə pulu olmazsa, o, məcburən bank və kredit təşkilatlarından kredit götürərək bu "Hərracda” iştirak edir. Bu səbəbdən də sosial yardım alan şəxslər götürdükləri kredit üçün əlavə olaraq 18 faizdə kredit verən təşkilata ödədiyini nəzərə alsaq onda onlar aldıqları sosial yardımın 2 ay məbləğinin itirilmiş olurlar.

Şikayətçilərin dediklərinə görə, Adil Həziyev ünvanlı sosial yardımı öz ailə üzvlərinə də saxta sənədlər əsasında verib. "Adil Həziyev kürəkəni Teymurov Seymur Balaxan oğlu Bakı şəhərində məskunlaşmasına baxmayaraq ona 163 manat, bibisi qızı Murtuzayeva Mahniyar Qaçay qızına 173 manat, dayısı oğlanları Əliyev Dərgah Ərşad oğluna 150 manat, Əliyev Şirvan Ərşad oğluna 141 manat, həmkəndliləri traktoru olan Quliyev Bağdad Əlabbas oğluna 111 manat, Məmmədov Ramin Yolçu oğluna 157 manat, bacanağı Həsənov Elşən Eldar oğluna 140 manat ünvanlı sosial yardım təyin etmişdir. Daha sonra Adil Həziyev 2№-li Qayıdış qəsəbə icra nümayəndəsi işləyən Rzayev Nuğayın oğlu Cəlilzadə Cəmil Nuğay oğluna 128 manat sosial yardım təyin etmişdir. Halbuki, həmin ailənin "Cip” markalı avtomobili, pay torpağı və böyük ticarət mağazası vardır. Bakı şəhərində məskunlaşıb yaşayan rayon sakini Qəhrəmanov Bakir Ərşad oğluna 166 manat yardım təyin etmişdir. Adil Həziyev səxavətini artıraraq katibəsi Mamedova Tacirə Abbas qızına 163 manat sosial yardım təyin etmişdir. Bu xanımın həyat yoldaşının və ailənin avtomobil olmasını nəzərə almayan Adil Həziyevin belə məcarələri çoxdur və saymaqla qurtarmaq olmaz”.

Füzulidə ünvanlı sosial yardımlar daimi yarı-yarıya verildiyini deyən mənbə bildirir ki, bir az ədalətli dövri idarənin müdir vəzifəsinin bir ildən çox boş qalan vaxtı az təminatlə ailələrin 20-30 faizinin təmənnasız olaraq sosial yardım aldığı olmuşdur: "Sabiq nazir Füzuli Ələkbərovun vaxtında rayonda sosial yardımların alınması üçün verilən plastik kartlar idarədə saxlanılaraq vətəndaşla yarı-yarıya bölünürdü. Həmin dövrdə sosial yardım alanlar bankdan və kredit təşkilatlarından kredit götürmürdülər. İndi isə tam əksinədir. Çünki, Adil Həziyev aylığa yox, soğan olsun nəğd olsun devizi ilə işləyir.

Nazir Səlim Müslümovun ünvanlı sosial yardımların verilməsində qanunsuzluğun aradan qaldırılması və şəffaflığın təmin edilməsi ilə bağlı çağırışların Füzuli rayonuna gec gəlib çatacaqdır.

Çünki, Adil Həziyev vəzifəyə təyin olunanda Səlim Müslümovu aldatmışdır. Onun 200 hektar fermer torpağı və iri heyvandarlıq ferması olmasını gizlətmişdir. Halbuki, mövcud qanuna əsasən dövlət qulluqçusu bizneslə məşğul ola bilməz.

Görəsən Füzuli rayonunda ünvanı səhv düşən ünvanlı sosial yardımlar nə vaxt ünvanına çatacaqdır. Yəqin ki, Adil Həziyevlə heç vaxt ...”, - deyə rayon sakinləri öz narazılıqlarını bildirirlər və baş verən bu özbaşınalığın qarşısının alınmasını istəyirlər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az