Ölkəyə vaksinlərin gətiriləcəyi vaxt açıqlandı - RƏSMİ

Ölkəyə vaksinlərin gətiriləcəyi vaxt açıqlandı - RƏSMİ

Payız-qış mövsümündə qrip və buna bənzər virusların artması gözlənilir.

Miq.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, bütün hallarda istər COVID-19, istərsə də digər respirator viruslarla mübarizə çərçivəsində atılan addımlar bənzərdir:

"Bu istiqamətdə mövsümi qrip əleyhinə vaksinlər yaxın iki aya qədər ölkəyə gətiriləcək. Bu COVID-19 əleyhinə vaksin deyil, səhv salmayaq.

Biz qrip və buna bənzər viruslar əleyhinə vaksinlərlə mübarizəni davam etdirəcəyik. Çünki koronavirusla paralel digər infeksiyalar insanların səhhətində ağırlaşmalara səbəb ola bilər.

Bununla, biz yoluxma sayının artımının qarşısını alacağımıza, yoluxma sayını nəzarətdə saxlayacağımıza inanırıq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az