Makiyajsız da gözəl görünə bilərsiniz

Makiyajsız da gözəl görünə bilərsiniz

"Çox  yüngül  makiyaj, ya da heç makiyaj etmədən necə yaxşı görünə  bilərəm?" deyirsinizsə, bu məsləhətlərə qulaq asın! Dərinin qabarıq olmaması üçün dərini nəmləndirmək əhəmiyyətlidir. Yaxşı nəmləndirilməmiş dəriyə tətbiq olunan tonal krem dəridəki məsamələrə daxil olduğundan üzdəki qüsurları ön plana çıxarar.

  Makiyaj  qadınların vazkeçilməzidir. Bu, əslində yalnız "rənglənməkdən" ibarət bir  şey deyil. Gözəl  görünmək istəyən, ancaq problemli dərisi olan qadınlar və gənc qızlar bəzi kiçik "hiylələrlə"  həm makiyaj  etmiş  kimi görünməz, həm də istədiyi nəticəyə çatar. Budur,  bəzi  nümunələr... 

Parlaq  dodaqlar: Bütün vucüdumuz kimi dodaqlarımız da dəri dəyişdirir. Arada bir diş fırçasıyla  yüngülcə  fırçalaya  bilərsiniz, ya da  vazelinlə  masaj  edə  bilərsiniz.

Parıldadıcıdan  istifadə edin: Daha  parlaq və aydın  dəri  istəyirsinizsə, parıldadıcı kremlərdən tək, ya da  tonal  kremlə qarışdıraraq istifadə edin. Amma həddindən  çox  istifadə  etmək olmaz.

Yara  izlərini  gizlədin: Üzünüzdə  yara  izi və  ya ləkə  varsa, mat bir  tonal  krem çəkin. İzlər  dərindirsə,  tünd  rəngli  kremlərdən istifadə  etməyin. Qarışıq rəngli krem problemli bölgə üçün ideal olacaq. 

Qaşlarınızı  düzəldin: Yaxşı şəkilləndirilmiş qaşlar parlaq və mənalı baxışlar qazandırar. Qaşların çox qalın olması gözlərin daha  kiçik və çökük  görünməsinə  səbəb  olarkən,  çox incə alınmış qaşlar da sizi olduğunuzdan yaşlı göstərər. Parlaması üçün qaş diblərinə dəri rənginizdən  1-2  ton  açıq tonal  krem  tətbiq edin.

Pudra  istifadəsi: Dərinizdə  yağlanmadan  yaranan parlamanı yarışəffaf bir pudranın köməyi ilə  düzəldin.Bunun üçün  kiçik  başlı  fırçayla dairələr çəkin.

Kirpiklər: Kirpiklərin  dibindən  gözlə  görülməsi  çətin olan bir şəkildə  tünd  rəngli  layner çəkin. Baxışlarınız  daha  diqqətəçarpan və parlaq  olacaqdır. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az