"Mars" şokolad məhsullarında öldürücü bakteriya aşkarlanıb

Sözügedən məhsullar İngiltərə və İrlandiya bazarlarında yayılıb

ABŞ-ın şokolad istehsalçısı olan "Mars”ın məhsullarında öldürücü salmonella bakteriyası çıxıb. İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət məhsullarının yeyilməməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Vəziyyətlə bağlı "Mars Türkiye” bildirib ki, sözügedən məhsullar İngiltərə və İrlandiya bazarlarında yayılıb.

"Narahatlıq İngiltərədəki fabrikimizdə istehsal edilən və İngiltərə ilə İrlandiyada olan məhsullarımızla bağlıdır. Geri toplanan məhsullar İngiltərə və İrlandiyadakı məhsullarımızdır. İstehsal standartlarına müvafiq olaraq məhsullarımızı və tərkiblərini mütəmadi yoxlayırıq. Türkiyədəki bütün məhsullarımızın yüksək keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olduğunu bildirmək istəyirik.”, - "Mars Türkiye”nin açıqlamasında deyilir.  
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az