“Maşın” şouda gözlənilməz anlar – FOTO
Ötən gecə "Maşın” şounun növbəti buraxılışında qalmaqalla yadda qalan müğənni Səidə Sultan və aktrisa Pərvin Abıyeva üz-üzə gəliblər.
Oxu.Az-ın məlumatına görə, aparıcı Murad Dadaşovun xahişi ilə barışan məhşurlar qucaqlaşıb və olanların artıq keçmişdə qaldığını bildiriblər.
"Əslində biz Səidə ilə çox mehriban idik. Bəzi iştirakçılar mənə deyirdi ki, ondan ehtiyatlı ol. Amma mən qulaq asmırdım. Ta ki, o ana qədər. O qalmaqalın olmasını da istəməzdik”, - Pərvin deyib.
Səidə Sultan da Pərvin Abıyevaya qarşı kin saxlamadığını bildirib:
"Mən də istəmərəm bir xanıma pislik edib. Bizim aramızda anlaşılmazlıq oldu. Pərvin də məni düz başa düşmədi. Amma ona qarşı heç bir kinim yoxdur”.
Sonda hər iki xanım qucaqlaşaraq barışdığını sübut edib.