Vətəninfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və digərlərinin işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Söhbət ötən il sentyabrın 29-da baş vermiş və "Mc Donald":::s"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir. Xatırladaq ki, İlham Əsgərlinin idarə etdiyi "Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev ağır xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib. İlham Əsgərli ilə yanaşı, Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.
Qeyd edək ki, bundan əvvəlki prosesdə təqsirləndirən tərəfin vəkili məhkəmədə əlavə şahid qismində 4 nəfərin dindirilməsin istəmişdi və ötən gün keçirilən məhkəmədə hadisə yerinə gələn Təcili Tibbi Yardımın həkimi Yeganə Əliyeva, Xəzər rayon yol-patrul xidmətinin əməkdaşı Ələmşah İsayev, DYP işçisi İlkin Lətifov və Dördüncü şahid isə Rəşad Məmmədzadə adlı şəxs məhkəmə qarşısında ifadə vermişdilər.Bu gün keçirilən iclasda isə tərəflərin vəkillərinin bu günə kimi istintaq materallarına əlavə olunan sənədlərin bir daha oxunması ilə bağlı vəsadət qaldırdılar. Məhkəm tərəflərin qaldırdığı vəsadətləri təmin edərək toplanan sənədlərdə vəkillərin yenidən oxunmasını tələb etdiyi sənədlər yenidən oxundu.
Maraqlı məqam ondan ibarətdir ki, "Mc Donald":::s"ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin məhkəmə hakiminə "Əgər bu məhkəmədə mənim istədiyim kimi ədalətli qərar qəbul edilməzsə, mən xarici mətbuat orqanlarının iştirakı ilə mətbuat konfransı keçirəcəm" və hakimə "nəyə görə İlham Əsgərlinin atasın şahid qismində məhkəməyə dəvət etmirsiniz"-deməsi idi. Məhkəmənin hakimi Ramella Allahverdiyeva Maqsud Mirzəyevin vəkili ola-ola bu şəkildə danışmasına göz yumsa da, onu sakitliyə də dəvət elədi. Buna baxmayaraq Maqsud Mirzəyev yenə də dayanmadı və hadisənin baş verdiyi gün İlham Əsgərovun atası Asif Əsgərovun Türkiyə də deyil, Bakıda olduğunu iddia elədi. Amma qeyd edək ki, bu günə kimi keçirilən məhkəmə prosesində şahidlər öz ifadələrində Asif Əsgərovun hadisə baş verən gün Türkiyə Respublikasında olduğunu vurğulamışdılar. Qeyd edək ki, hadisənin baş verdiyi gün Maqsud Mirzəyevin özü isə ABŞ-da olub. O hadisədən bir gün sona Bakıya gəlib.
Məhkəmədə İlham Əsgərlinin vəkili Bəylər Məmişov iş üçün əlavə ekspertiza təyin edilməsi ilə bağlı vəsadətlə çıxış elədi: “İlkin avtotexniki ekspertiza zamanı müstəntiq ekspert qarşısında 2 variantda cavab verilməsini təqdim edib. Bu onu göstərir ki, müstəntiq özü də hadisə haqda dəqiq qərar verə bilməyib. İşdə “Mercedes” markalı avtomobilin qəza zamanındakı sürəti barədə şübhəli məqamlar var. Bu səbəbdən məhkəmədə işin əlavə ekspertiziya göndərilməsi ilə bağlı vəsatətimizin təmin olunmasın tələb edirəm". Vəkilin vəsadəti məhkəmə hakimlərinin qıssa müşavirəsindən sonra qəbul edildi. Məhkəmə müəyyən müddətə təxirə salındı.
Onuda vurğulayaq ki, Maqsud Mirzəyev məhkəmənin vəsadəti təmin edib,məhkəməni bağlı elan etməsindən sonra, hakimlərə dönərək "Pul almısınız. 1 milyon pul almısınız,bundan xəbərim var"!-deyə hədə-qorxu və şantaj etməyə başladı. Bu günə kimi keçirilən məhkəmə proseslərinə diqqət yetirdikdə görünən odur ki,Maqsud Mirzəyevin heç də fikri məhkəmədən ədalətli qərar çıxrılması deyil, əksinə İlham Əsgərliyə və atasına qarşı aqressiya və düşmənçilik görünür. Sanki İlham Əsgərli Sənan Mirzəyevi bilərəkdən qəzaya salıb.Amma hər kəs bilir ki, mərhum Sənan Mirzəyev və İlham Əsgərli yaxın dost olublar.
Vətəninfo.az